Bank Of Baku

Gələn ay Bakıda «V Azərbaycan Mikro-maliyyə konfransı» keçiriləcək

Gələn ay Bakıda «V Azərbaycan Mikro-maliyyə konfransı» keçiriləcək
# 27 sentyabr 2010 10:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mirkomaliyyə Assosiasiyası (AMA) Bakıda «V Azərbaycan Mikro-maliyyə konfransı» keçirəcək. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, “Azərbaycanda Mirko-maliyyənin məsuliyyəti” mövzusunda bu il oktyabr ayının 5-6-da keçiriləcək konfransda 20-yə yaxın xarici investor təşkilatlarının, o cümlədən mikro-maliyyə təşkilatlarında proqram təminatı üzrə texniki xidmət göstərən şirkətlər, həmçinin kredit skorinq üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri iştirak edəcək.

J.Hacıyeva həmçinin qeyd edib ki, bu konfrans hər iki ildən bir keçirilir və əvvəlki illəri nisbətən bu il keçirilən konfransın iştirakçıları daha çox olacaq.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR