Bank Of Baku

Azərbaycanda avro sentyabr ərzində 6% bahalaşıb

Azərbaycanda avro sentyabr ərzində 6% bahalaşıb
# 27 sentyabr 2010 11:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda avronun manata qarşı rəsmi məzənnəsi sentyabrın əvvəlindən 5,9% yüksəlib.

APA-Economics”in məlumatına görə, eyni zamanda ABŞ dollarının manata qarşı məzənnəsi həmin dövr ərzində 0,1% enib.

Avronun Azərbaycanda bahalaşmasının ilk və əsas səbəbi dünya bazarlarında avronun dollara qarşı bahalaşmasıdır. Belə ki, sentyabr ayında avronun dollara qarşı məzənnəsi 5,3% yüksəlib. Azərbaycanda avro və dolların manata qarşı məzənnələrinin müəyyənləşdirmə prosesində dolların sabit saxlanması prioritet kimi nəzərdə tutulduğundan, avro-dollar cütlüyünün dinamikası əsas olaraq məhz avro-manat cütlüyündə öz əksini tapır.

Qeyd edək ki, 2010-cu ilin əvvəlindən avro manata qarşı 6,6% ucuzlaşıb, dollar tam dəyişməz qalıb, dünya bazarlarında isə avro dollara qarşı 6,6% ucuzlaşıb. Göründüyü kimi, Azərbaycanda bu üç valyutaların nisbəti dünya bazarlarında olan vəziyyəti tam əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR