Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı telekommunikasiya şirkəti ilə saziş imzalayıb

Azərbaycan Beynəlxalq Bankı telekommunikasiya şirkəti ilə saziş imzalayıb
# 27 sentyabr 2010 11:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı “Connect” telekommunikasiya şirkəti ilə Bankın plastik kartları vasitəsi ilə ödəmələrin aparılmasına dair saziş imzalayıb.

Bankın mətbuat xidmətin rəhbəri Rauf Ağayevin “APA-Economics”ə verdiyi məlumata görə, elektron bankinqin ən populyar olan kommunal və telekommunikasiya xidmətlərin ödənilməsi sahəsində ABB ilə işləyən şirkətlərin sırasına “Connect” şirkəti də əlavə olunub.

Bununla belə, həmin şirkətlərin sayı 10-a çatıb ki, bunların da sırasında “Azercell”, “Bakcell”, “Narmobile”, “Bakıelektrikşəbəkə”, “Azeronline”, “Elcell”, Beynəlxalq Sığorta Şirkəti kimi təşkilatlar var.

Bundan sonra “Connect”in müştəriləri internet və ya kabel televiziyası üzrə ödəmələri ABB-nin plastik kartlar vasitəsilə həyata keçirə bilərlər.

R.Ağayevin sözlərinə görə, 2010-cu ilin yarım illiyi ərzində elektron bankinq xidməti çərçivəsində 264 min əməliyyat aparılıb, onların məcmu həcmi isə 8,3 mln. manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, bütün 2007-ci ildə bu göstəricilər müvafiq olaraq 243,8 min və 4,88 mln. manat, 2008-ci ildə 366,3 min və 7,97 mln. manat, 2009-cu ildə isə 498,7 min və 13,6 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR