Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Almaniya iqtisadiyyatının sabit inkişaf edəcəyini proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu Almaniya iqtisadiyyatının sabit inkişaf edəcəyini proqnozlaşdırır
# 27 sentyabr 2010 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Almaniya iqtisadiyyatı 2010 və 2011-ci illərdə sabit olaraq inkişaf edəcək.

«APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabrda dərc olunacaq hesabatında bildirilir.

Ekspertlərin fikrincə, 2010-cu ilin sonunda Almaniyanın iqtisadi artım tempi 3,3%, 2011-ci ildə isə 2% təşkil edəcək. İqtisadi sabitliyin əsasən Almaniyada fəaliyyət göstərən müəssisələr tərəfindən ölkə iqtisadiyyatına yatırılan investisiyalar və istehlakın aktivliyi nəticəsində təmin olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, hələ cari ilin iyul ayında BVF Almaniyada 2010-cu ildə iqtisadi artımın 1,4 % olacağını proqnozlaşdırıb.

Xatırladaq ki, hazırda Avropa İttifaqının bir sıra ölkələri ciddi borc böhranını yaşayır. Ümumiyyətlə, dövlət borcu və büdcə kəsiri problemlərini hazırda İrlandiya, Portuqaliya, İspaniya, İtaliya və Böyük Britaniya yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR