Bank Of Baku

İran prezidentinin müavini: “Azərbaycanla İran arasında ikitərəfli əlaqələri genişləndirmək üçün yüksək potensial var”

İran prezidentinin müavini: “Azərbaycanla İran arasında ikitərəfli əlaqələri genişləndirmək üçün yüksək potensial var”
# 27 sentyabr 2010 12:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu İran prezidentinin Azərbaycanda səfərdə olan iqtisadi və nəzarət üzrə müavini Əli Ağaməhəmmədi bildirib. Ə. Ağaməhəmmədi başçılıq etdiyi nümayəndə heyətinin səfərinin əsasən ikitərəfli iqtisadi əlaqələrə təkan vermək məqsədi daşıdığını deyib: “Bizim müştərək tariximiz var. Hesab edirəm ki, əlaqələri bundan daha da artıq genişləndirmək lazımdır. Azərbaycan və İran arasında ticarət dövriyyəsini də artırmaq əzmindəyik”.

Ə. Ağaməhəmmədi səfər çərçivəsində heç bir sənədin imzalanmayacağını qeyd edib: “Əsasən bundan əvvəl iqtisadi zəmində imzalanan sənədlərin qüvvəyə minməsi üçün müzakirələr aparılacaq. İki ölkə rəhbərlərinin səyi nəticəsində əlaqələrimiz daha da inkişaf edəcək”.

Qeyd edək ki, Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR