Bank Of Baku

Sabah İstanbul Maliyyə Sammiti başlayır

Sabah İstanbul Maliyyə Sammiti başlayır
# 27 sentyabr 2010 12:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin sentyabr ayının 28-dən 30-dək Türkiyənin İstanbul şəhərində İstanbul Maliyyə Sammiti (Istanbul Finance Summit-2010) keçiriləcək.

«APA-ECONOMICS»in məlumatına görə, sammit Şimali Amerika, Avropa, Şərqi Asiya, körfəz ölkələrində fəaliyyət göstərən tanınmış maliyyə təşkilatlarının rəhbərlərini bir araya gətirəcək.

«PGlobal» və «Yedi24» Şirkətlər Qrupu tərəfindən Almaniyanın «Financial Gates GmbH.» şirkətinin iştirakı ilə təşkil edilən və hər il təşkil edilməsi planlaşdırılan İstanbul Maliyyə Zirvəsi Bahçeşehir Universitetində reallaşacaq.

Milli və beynəlxalq arenada öncül maliyyəçilərin qatılacağı «IFS-2010» sahəsində bir ilk olacaq. Sammit 9 fərqli panel iclas ilə reallaşdırılacaq. «IFS-2010» İstanbulun dünya maliyyə mərkəzinə çevrilməsi layihəsi çərçivəsində keçirilən ilk tədbirdir.

Tədbirdə həmçinin dünyanın maliyyə sektorunda vəziyyət, dünya iqtisadiyyatının gələcəyi müzakirə olunacaq. Açılışı hökumətin üst səviyyəli rəsmi şəxslərinin iştirakı ilə gerçəkləşəcək sammitdə əsas məruzəçilər maliyyə və iqtisadiyyat sahəsində beynəlxalq səviyyəli şəxslər olacaqlar.

Sammitdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, dövlət naziri və baş nazir köməkçisi Əli Babacan, millət vəkili Cuneyt Yüksəl, Türkiyə xəzinə katibi İbrahim Çanaqçı, Sərmayə Bazarı Təşkilatı (SPK) rəhbəri Vedat Akgiray, Mərkəz Bankının rəhbəri Durmuş Yılmaz, İstanbul Daşınan Qiymətlər Birjası (İMKB) başçısı Hüseyn Erkan, İstanbul Ticarət Palatasının (İTO) rəhbəri Murad Yalçıntaş, Almaniya Federal Maliyyə Nəzarəti İdarəsinin rəhbəri Yoxen Sanio (Jochen Sanio), Meksika Mərkəzi Bankının sədri Auqustin Karstens, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli, Polşa Mərkəz Bankı İdarə Heyəti üzvü Zbiqnev Hockuba, «Citi Group»un baş iqtisadçısı Vilyam Buyter və digər şəxslərin iştirakı gözlənilir.

Sammitdə dünya böhranından sonra maliyyə sektorunda vəziyyətin normallaşdırılması, ticarətin maliyyələşdirilməsi və ixracat kreditlərinin sığortalanması, islam maliyyəsi, islam bankçılığı və sərmayə bazarları, enerji və yerli layihələrin maliyyələşdirilməsi, özəl sərmayələr, sərmayə bazarları və alternativ maliyyə qaynaqları və s. mövzularda panel sessiyaların keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın APA İnformasiya Agentliyi «IFS-2010»un rəsmi media tərəfdaşı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR