Bank Of Baku

Bank VTB (Azərbaycan) gənc istedadlara sponsor dəstəyi göstərir

Bank VTB (Azərbaycan) gənc istedadlara sponsor dəstəyi göstərir
# 27 sentyabr 2010 13:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «VTB Group»una daxil olan «VTB Bank Azərbaycan» ASC gənc musiqiçi Daməd Nuriyevin Üzeyir Hacıbəyov adına Bakı Dövlət Musiqi Akademiyası yanındakı musiqi məktəbində təhsil almasını maliyyələşdirib.

Bankın bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, “VTB Bank Azərbaycan”a Rusiyanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Rus Mədəniyyəti Mərkəzi tərəfindən gənc istedada kömək etmək xahişi ilə müraciət olunub.

Rusiya vətəndaşı olan D.Nuriyev artıq 5 ildir ki, anasını itirib və işsiz atası və bacısı ilə Binəqədi rayonunun Fatmayı qəsəbəsində yaşayır. O, son 5 ili Mərdəkandakı 2 №-li uşaq evində keçirib.

Bu il D.Nuriyev uğurla qəbul imtahanlarını verərək Bakı Dövlət Musiqi Akademiyası yanında olan musiqi məktəbinin nəfəsli alətlər bölməsinə daxil olub və gənc istedadın təhsili Bank VTB (Azərbaycan) tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən VTB Bank (Azərbaycan) ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR