Bank Of Baku

Beynəlxalq Valyuta Fondu 25 ölkədə məcburi maliyyə stabilliyi yoxlaması aparacaq

Beynəlxalq Valyuta Fondu 25 ölkədə məcburi maliyyə stabilliyi yoxlaması aparacaq
# 28 sentyabr 2010 13:44 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın 25 ölkəsində məcburi maliyyə stabilliyi yoxlaması aparacaq.

APA-Economics”in xəbərinə görə, dünyanın nəhəng maliyyə sistemləri sayılan ölkələrdə aparılacaq yoxlamalar 5 ildən bir keçiriləcək.

Bu vaxtadək yoxlamalar məcburi deyil, könüllülük prinsipi əsasında olub. Sözügedən ölkələr isə bunlardır: Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Honkonq, Hindistan, İrlandiya, İtaliya, Yaponiya, Lüksemburq, Meksika, Niderland, Rusiya, Sinqapur, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya, ABŞ.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR