Bank Of Baku

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında qərar qüvvəyə minib

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında qərar qüvvəyə minib
# 28 sentyabr 2010 14:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında qərarı təsdiqləyib.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlində minimum əmək haqqı 85 manat, maksimum əmək haqqı isə 585 manat həcmində müəyyənləşib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlində isə minimum əmək haqqı 100 manat, maksimum əmək haqqı isə 650 manat müəyyən edilib.

Qeyd edək ki, bu qərar cari ilin sentyabr ayının 1-dən qüvvəyə minib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR