Bank Of Baku

Azərbaycanın maliyyə naziri İran prezidentinin müavinini qəbul edib

Azərbaycanın maliyyə naziri İran prezidentinin müavinini qəbul edib
# 28 sentyabr 2010 14:05 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifov İran prezidentinin iqtisadi və nəzarət üzrə müavini Əli Ağaməhəmmədini qəbul edib.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri məlumat verib.

Görüşdə iki ölkə arasında yüklərin daşınması və gömrük məsələlərini müzakirə edilib. Ə.Ağaməhəmmədi iki ölkə arasında gömrük məsələlərini asanlaşdırmaq üçün “vahid pəncərə” sisteminin açılmasını, gömrük rüsumlarının azaldılması və sərhəd zonasında ikitərəfli müştərək ticarət mərkəzlərinin açılmasını təklif edib.

S.Şərifov ikitərəfli bank sisteminin yaradılması və gücləndirilməsinin, enerji sahəsində sıx əməkdaşlıq və iki ölkənin paytaxtında ticarət mərkəzlərinin açılmasının, şimal-cənub koridorunun əhəmiyyətini, eləcə də iki ölkənin yollarının əsaslı şəkildə tikilməsinin və bu sahədə olan əməkdaşlıqların olduqca əhəmiyyətli olduğunu bildirib.

İran tərəfi Azərbaycanın dəmir yol və digər sahələrində yaxında iştirak etməyə hazır olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR