Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyasının Direktorlar Şurasının növbəti iclasının tarixi müəyyənləşib

Azərbaycan Sığortaçılar Assosiasiyasının Direktorlar Şurasının növbəti iclasının tarixi müəyyənləşib
# 28 sentyabr 2010 14:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının bu gün keçirilən iclasında qurumun Direktorlar Şurasının iclasının tarixi müəyyənləşib. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın icraçı direktoru Qafar Məcidov bildirib.

Q.Məcidovun sözlərinə görə, Müşahidə Şurası tərəfindən Direktorlar Şurasının növbəti iclasının bu ilin oktyabr ayının 8-də keçirilməsi təsdiqlənib. İclasda ASA-ya yeni Direktor Şurasının sədrinin seçilməsi və digər məsələlər müzakirə olunacaq.

Q.Məcidov həmçinin bildirib ki, bu gün keçirilən iclasda Şura tərəfindən ölkədə fəaliyyət göstərən sığortaçılar üçün treninqlərin təşkili, ASA-nın büdcəsi, həmçinin ASA-tərəfindən keçilmiş sığorta olimpiadasının nəticələri müzakirə edilib.

Qeyd edək ki, ASA-nın Direktorlar Şurasının iclası hər il keçirilir. İclasda üzv təşkilatların rəhbər işçilərindən bir nəfər ASA-nın Direktorlar Şurasının sədri seçilir. Hazırda isə ASA-nın Direktorlar Şurasının sədri «Atəşgah» sığorta şirkətinin İdarə Heyətinin sədri Azər Əliyevdir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 4 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR