Bank Of Baku

ABŞ-ın varlı və yoxsul sakinləri arasındakı fərq rekord həddə çatıb

ABŞ-ın varlı və yoxsul sakinləri arasındakı fərq rekord həddə çatıb
# 28 sentyabr 2010 15:04 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın varlı və yoxsul sakinlərinin gəlirləri arasındakı fərq maksimal səviyyəyə çatıb.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, ABŞ-ın Əhalinin Siyahıyaalınması Bürosu 1967-ci ildən ölkənin varlı və yoxsul sakinlərinin gəlirləri arasındakı fərqi də öyrənir.

Ötən ilin yekunlarına əsasən, varlı və yoxsul amerikalılar arasındakı nisbət 14,5 olub ki, bu da 1968-ci il göstəricisindən (7,69) 2 dəfə çoxdur. Bir il əvvəl bu göstərici 13,6 təşkil edib.

Büronun məlumatına görə, ABŞ əhalisinin 20%-nin illik gəliri 100 min dollardan çoxdur ki, bu da ölkənin bütün gəlirlərinin 49,4%-ni əhatə edir. Yoxsulluq həddində yaşayan 20% amerikalının (4 nəfərdən ibarət ailənin illik gəliri 21 954 dollardır) payına isə ümumi gəlirin 3,4%-i düşür.

Gəlirləri yoxsulluq həddindən 2 dəfə aşağı olan amerikalıların sayı 2009-cu ildə 6,3%-ə çatıb ki, bu da 1975-ci ildən bəri ən yüksək göstəricidir. Ötən il bu göstərici 5,7% olub.

Ümumiyyətlə, son 15 ildə ABŞ-da yoxsulluq səviyyəsi son 15 ildə rekord səviyyəyə çatıb. Hazırda 14,3% və ya 43,6 mln. amerikalı yoxsulluq içində yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR