Bank Of Baku

Azərbaycan və Kuba iqtisadi əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan və Kuba iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
# 28 sentyabr 2010 15:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan və Kuba iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq edə bilər.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

Nazir müavininin sözlərinə görə, hazırda iki ölkə kənd təsərrüfatı, turizm, tibb və bu kimi sahələrdə əməkdaşlıq etmək niyyətindədir: «Biz əlaqələri və iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün mövcud vəziyyəti və potensialı qiymətləndirəcəyik. Kubanı Azərbaycan iqtisadiyyatın ilə yaxından tanış edəcəyik».

Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin bir o qədər də çox olmadığını bildirən N.Səfərov bunu Kuba və Azərbaycan arasında əməkdaşlığın yeni mərhələdə olması ilə əlaqələndirib.

Qeyd edək ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Kuba arasında xarici ticarət dövriyyəsinin həcmi 140,5 min ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR