Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Kuba nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Kuba nümayəndə heyəti ilə görüş keçirilib
# 28 sentyabr 2010 15:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycanda səfərdə olan Kubanın xarici ticarət və investisiyalar nazirinin müavini Oskar Peres-Oliva Fraqanın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri arasında işgüzar görüş keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkə iqtisadiyyatı, həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib.

O qeyd edib ki, hazırda Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb, ixrac imkanları genişlənib: «Bu gün dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən Azərbaycan Latın Amerikası ölkələri, o cümlədən Kuba ilə əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan və Kuba arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur və imkanlardan istifadə etməklə əlaqələri daha da inkişaf etdirmək mümkündür».

N.Səfərov həmçinin əməkdaşlığın inkişafında biznes-forumların, işgüzar görüşlərin təşkil olunmasının əhəmiyyətini də vurğulayıb.

Öz növbəsində O.Fraqa iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq imkanları barədə danışaraq qeyd edib ki, ümumiyyətlə, Kuba ixrac potensialını artırmaq, Azərbaycanla bir sıra sahələrdə konkret nəticələr əldə etmək niyyətindədir: «Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvaram».

Qeyd edək ki, tədbirdə həmçinin Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə təqdimatla, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Adil Məmmədov isə ölkənin investisya və ixrac imkanları barədə təqdimatla çxış edib.

Xatırladaq ki, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Kuba arasında xarici ticarət dövriyyəsinin həcmi 140,5 min ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR