Bank Of Baku

Gəlirləri barədə yalan məlumat verən general istefaya göndərilib

Gəlirləri barədə yalan məlumat verən general istefaya göndərilib
# 29 sentyabr 2010 07:24 (UTC +04:00)
APA-Economics”in Kremlin rəsmi saytına istinadən xəbərinə görə, bu barədə Rusiya prezidenti Dmitri Medvedev sərəncam imzalayıb.

Sərəncama əsasən, prezidentin 21 sentyabr 2009-cu il tarixli fərmanının tələblərini pozduğu üçün general V.N.Qaydukov hərbi xidmətdən də qovulub. Generalın adı və soyadı, eyni zamanda hansı vəzifəni tutduğu açıqlanmır.

Qeyd edək ki, Rusiyada qüvvədə olan korrupsiya ilə mübarizə üzrə qanunvericilik dövlət məmurlarının və onların ailə üzvlərinin, eləcə də nəhəng şirkətlərin top-menecerlərinin öz gəlirləri barədə məlumat verməsi məcburi sayılır. Bu məlumatların yoxlanılması isə Prezident yanında Korrupsiya ilə mübarizə üzrə Şuranın Rəyasət Heyətinə həvalə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR