Bank Of Baku

Beynəlxalq Valyuta Fondu minimal əmək haqqını artıran ölkəni tənqid edib

Beynəlxalq Valyuta Fondu minimal əmək haqqını artıran ölkəni tənqid edib
# 29 sentyabr 2010 08:20 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) minimal əmək haqqının səviyyəsinin və büdcə təşkilatlarında çalışan işçilərin maaşının artırılmasına görə Belarus hökumətini tənqid edib.

APA-Economics”in Belarus mətbuatına istinadən xəbərinə görə, bu barədə BVF-nin Belarusdakı daimi nümayəndəsi Natalya Kolyadina açıqlama verib.

Onun sözlərinə görə, əmək haqlarının artırılması BVF ilə əldə olunmuş razılıqlara ziddir: “Prezident seçkiləri ərəfəsində əmək haqlarının artması ticarət balansının kəsirinin yüksəlməsi təhlükəsini yaradır və inflyasiyanı sürətləndirə bilər”,

Qeyd edək ki, sentyabrın 27-də Belarus hökuməti noyabrın 1-dən etibarən minimal əmək haqqının 55%, baza maaş dərəcəsinin isə 30% artırılacağını bəyan edib. Bunun nəticəsində ölkədə orta aylıq əmək haqqı 380 dollardan 500 dollara yüksələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR