Bank Of Baku

Azərbaycanın maliyyə naziri: “2010-cu ilin dövlət büdcəsinin icrasını qənaətbəxş saymaq olar”

Azərbaycanın maliyyə naziri: “2010-cu ilin dövlət büdcəsinin icrasını qənaətbəxş saymaq olar”
# 29 sentyabr 2010 09:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın 2010-cu ilin dövlət büdcəsinin icrasını qənaətbəxş saymaq olar.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, hazırda dövlət büdcəsinin gəlirlərinin proqnozları 100% yerinə yetirilir: «Büdcə xərclərinə gəldikdə, burada bir qədər qənaətlər var ki, proqnoz 100% yerinə yetirilmir. Lakin sosial sahəyə yönəldilən vəsaitlər bu qənaətləri aradan qaldıracaq».

S.Şərifov bildirib ki, dövlət başçısının sərəncamına əsasən, sentyabr ayından dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əmək haqqı orta hesabla 10% artırılıb: «Bu da dövlət büdcəsindən təxminən 112 mln. manatın ayrılması və nəticədə 600 min vətəndaşın rifahının yaxşılaşdırılması deməkdir. Eyni zamanda bu il ərzində Azərbaycanda baza pensiyası və orta aylıq əmək haqqı 75 manatdan 85 manatadək artırılıb. Eyni zamanda cari il ərzində sosial müavinətlər də artırılıb».

Qeyd edək ki, bu il dövlət büdcəsinin gəlirləri 11,505 mlrd. manat, xərcləri isə 12 275,3 mln. manat təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR