Bank Of Baku

Azərbaycanın maliyyə naziri: “Büdcədə neftin qiymətinin 60 dollar səviyyəsində götürülməsi bizi risklərdən qoruyur”

Azərbaycanın maliyyə naziri: “Büdcədə neftin qiymətinin 60 dollar səviyyəsində götürülməsi bizi risklərdən qoruyur”
# 29 sentyabr 2010 10:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Econommics. Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsində neftin baza qiymətinin yuxarı olması büdcənin icrasına mənfi təsir göstərə bilər.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, 2011-ci il dövlət büdcəsinin layihəsində neftin baza qiyməti 60 dollar səviyyəsində götürülüb: «Gələn il neftin qiymətinin bu göstəricidən yuxarı olacağı gözlənilir və qiymətin bu səviyyədə götürülməsi bizi risklərdən qoruyur. Gələn il dövlət büdcəsinin layihəsində neftin baza qiymətinin yuxarı olması isə büdcənin icrasına mənfi təsir göstərə bilər».

S.Şərifov onu da bildirib ki, 2011-ci ilin büdcəsində Azərbaycan Dövlət Neft Fondunun transfertləri də nəzərdə tutulub.

Qeyd edək ki, artıq Nazirlər Kabineti 2011-ci il dövlət büdcəsinin layihəsini dövlət başçısına təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR