Bank Of Baku

İstanbul Maliyyə Sammitində Türkiyənin iqtisadi nailiyyətləri müzakirə olunub

İstanbul Maliyyə Sammitində Türkiyənin iqtisadi nailiyyətləri müzakirə olunub
# 29 sentyabr 2010 11:05 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, sammitin ikinci gününün birinci sessiyasında çıxış edən Türkiyənin maliyyə naziri Mehmet Şimşək bildirib ki, Avropadan fərqli olaraq, Türkiyədə son illər ərzində uzunmüddətli iqtisadi inkişaf üçün daha güclü baza yaradılıb və böyük islahatlar həyata keçirilib.

“Lakin Türkiyə ayrı ada deyil, dünya iqtisadiyyatın tərkib hissəsi olduğundan, bu, hələ də qarantiya deyil və zəif olan dünya iqtisadiyyatın mənfi təsiri mümkündür. Bunu nəzərə alaraq Türkiyə hökuməti islahatların davam etdirilməsi niyyətindədir. Bunun nəticəsində yaxın 15-20 il ərzində ölkənin illik iqtisadi artımı 5%-ə çatması təmin olunmalıdır və bu artım Türkiyənin Avropa ölkələri ilə olan fərqi aradan qaldıracaq”, - deyə M.Şimşək vurğulayıb.

Türkiyənin baş nazirin müavini Əli Babacan qeyd edib ki, Türkiyə son 10-20 il ərzində həm siyasi, həm də iqtisadi baxımdan çox dəyişib ki, nəticədə ölkədə siyasi və iqtisadi sabitlik, söz və mətbuat azadlığı var: “Bunun təsdiqi ölkədə 400-dən artıq tele və 1100-dən artıq radiokanalların olmasıdır”.

Ə.Babacan deyib ki, ötən həftə ölkənin vergilər naziri ilə birlikdə Nyu-Yorkda dünyadakı iqtisadi vəziyyətə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Konfransda əsas diqqət 2000-ci ildə müəyyən edilmiş 2015-ci ilə kimi iqtisadi proqnozlara və məqsədlərə yönəldilib. Ölkə icmalı göstərib ki, Türkiyə qarşısına qoyulan məqsəd və proqnozları tam yerinə yetirib: “Əsas məqamlar ölkədə siyasi sabitlik, mükəmməl məhkəmə-hüquq sistemi və qanunvericilik bazasının olmasıdır”.

Onun sözlərinə görə, hazırda Türkiyədə iqtisadi vəziyyət İrlandiya, Portuqaliya, İspaniya və bir sıra digər Avropa ölkələrdən daha yaxşıdır: “İndi dünyada müəyyən dərəcədə dövlət idarəetmənin zəifliyi müşahidə olunur. Hətta bir sıra hallarda hökumət və parlament vahid fikrə gələ bilmir və bu, çətin vəziyyətlərdə təxirəsalınmaz tədbirlərin görülməsi imkanlarını kəskin məhdudlaşdırır. Türkiyədə isə belə vəziyyət baş vermir”

Sammitin ikinci günündə həmçinin iqtisadi və maliyyə sabitliyi, Mərkəzi Bankın rolu, infrastruktur və energetika layihələri və onların maliyyələşdirilməsi, İslam maliyyələşməsi mövzularında çıxışlar olacaq.

Qeyd edək ki, «PGlobal» və «Yedi24» Şirkətlər Qrupu tərəfindən Almaniyanın «Financial Gates GmbH.» şirkətinin iştirakı ilə təşkil edilən və hər il təşkil edilməsi planlaşdırılan İstanbul Maliyyə Zirvəsi Bahçeşehir Universitetində reallaşır. Azərbaycanın APA İnformasiya Agentliyi «IFS-2010»un rəsmi media tərəfdaşı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR