Bank Of Baku

Azərbaycan avro istiqrazlarının buraxmasına hazırdır

Azərbaycan avro istiqrazlarının buraxmasına hazırdır
# 29 sentyabr 2010 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan xarici fond bazarlarında avro istiqrazların yerləşdirməsinə hazırdır.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, hazırda xarici borc kapital bazarında faiz dərəcələri rekord həddə aşağıdır: «Avrobondların emissiyası üçün lazımi infrastruktur mövcuddur, lakin buna dair qərar hələ qəbul olunmayıb. Ümumiyyətlə, qərarın qəbul olunması ilə avrobondların buraxılması arasında təxminən 8 həftə vaxt tələb olunur».

S.Şərifov onu da bildirib ki, Maliyyə Nazirliyi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yaxın perspektivdə planlaşdırdığı avrobond emissiyasını dəstəkləyəcək: «Lazım olsa, biz ARDNŞ-a dəstək verəcəyik. Hər şey onların bu vəsaitləri hansı layihələrə yönəldəcəyindən asılı olacaq».

Qeyd edək ki, ARDNŞ-nin planlaşdırdığı avrobondların emissiyasının ümumi həcmi 500 mln. ABŞ dolları, tədavül müddəti isə 5 il təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR