Bank Of Baku

Azərbaycan sığorta şirkətlərinin kapitallarının artırılmasına dair tələbləri yumşaldır

Azərbaycan sığorta şirkətlərinin kapitallarının artırılmasına dair tələbləri yumşaldır
# 29 sentyabr 2010 11:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığorta şirkətlərinin minimal kapitalları üzrə tələblərin sürətlə artırılmasından imtina etmək niyyətindədir.

«APA-Economics»in məlumatına görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov qeyd edib ki, sığorta şirkətlərinin rekapitalizasiya qrafiki dəyişəcək: «Biz sığorta şirkətlərinin rekapitalizasiya qrafikinin dəyişməsi layihəsini hazırlamışıq ki, bu məsələ Maliyyə Nazirliyinin kollegiya iclasında müzakirə olunub və şirkətlərin nizamnamə kapitalları üzrə tələblər eyni səviyyədə qalmaqla müddəti 2-3 il uzadılacağı gözlənilir».

Qeyd edək ki, 2011-ci ilin yanvar ayının 1-dən hazırkı qrafikə əsasən minimal tələb 3,5 mln. manat, 2012-ci ilin yanvar ayının 1-dən isə 5 mln. manat təşkil etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR