Bank Of Baku

Xarici investorların Azərbaycan fond bazarına qayıtması bir ildən sonra baş tuta bilər

Xarici investorların Azərbaycan fond bazarına qayıtması bir ildən sonra baş tuta bilər
# 29 sentyabr 2010 12:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dünya maliyyə böhranı dövründə Azərbaycanın fond bazarını tərk edən xarici investorların bazara qayıtması üçün bir qədər vaxt lazımdır.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın fond bazarı maliyyə böhranından sonra sabitləşir: «Belə ki, cari ilin yanvar-avqust ayları ərzində ölkənin qiymətli kağızlar bazarında müsbət dinamika müşahidə olunub, o cümlədən səhm bazarı sabitləşib, istiqraz bazarında müəyyən artım var, eyni zamanda gəlirlilikdə də müəyyən dinamika mövcuddur».

R.Aslanlı həmçinin qeyd edib ki, hazırda Azərbaycanın dövlət ipoteka bazarında tələb təklifi üstələyir.

Xarici investorların Azərbaycanın fond bazarına qayıdışına gəldikdə isə, Komitə sədri bunun üçün təxminən 2011-ci ilin ortalarınadək gözləmək lazım olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR