Bank Of Baku

“Unibank” nizamnamə kapitalını artırır

“Unibank” nizamnamə kapitalını artırır
# 29 sentyabr 2010 13:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Unibank” ASC səhmlərin hər birinin nominal dəyərinin 2 manatdan 2,16 manatadək artırmaqla nizamnamə kapitalını 44,919 mln. manata çatdırır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hazırda bankın nizamnamə kapitalı 41,592 mln. manata bərabərdir.

Xatırladaq ki, “Unibank”ın aktivləri 2010-cu ilin iyul ayının 1-nə 338,181 mln. manat, depozit portfeli 148,143 mln. manat, kredit portfeli 226,957 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 133,576 mln. manat təşkil edib. Yarım il ərzində bankın gəlirləri 22,498 mln. manat, xərcləri 22,689 mln. manat təşkil edib ki, nəticədə bu ilin yanvar-iyun aylarında bankın zərəri 190,31 min manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR