Bank Of Baku

Azərbaycan fond bazarının iki yeni aləti ilin sonuna kimi bazara çıxarılacaq

Azərbaycan fond bazarının iki yeni aləti ilin sonuna kimi bazara çıxarılacaq
# 29 sentyabr 2010 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sonunadək Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ölkənin fond bazarına çıxarılacaq iki yeni alətin hüquqi məsələlərini həll edəcək.

«APA-Economics»in məlumatına görə, QKDK sədri Rüfət Aslanlı bildirib ki, hazırda iki yeni alət üzrə işlər aparılır və cari ilin sonunadək sözügedən alətlər artıq bazara çıxarılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, İpoteka Fondunun istiqrazları, korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR