Bank Of Baku

«Qala Sığorta» nizamnamə kapitalını artırır

«Qala Sığorta» nizamnamə kapitalını artırır
# 29 sentyabr 2010 13:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Qala Sığorta» ASC adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 2,5 min ədəd, emissiyanın ümumi həcmi isə 2,5 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Qala Sığorta» yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Caspian Financial» MMC çıxış edəcək. BFB vasitəsilə kütləvi təklif üsulu ilə keçiriləcək yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 3,5 dəfə artaraq 3,5 mln. manata çatacaq.

Qeyd edək ki, «Qala Sığorta» şirkətinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (60%) və 1 fiziki şəxs (40%) çıxış edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR