Azərbaycan Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəlindən bank aktivlərin həcmi 314,31 mln. manat və ya 2,7% artıb, o cümlədən avqust ayında 160,19 mln. manat və ya 1,4% artıb:
Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi sentyabrın 1-nə 8 271,8 mln. manat (xüsusi çəkisi 69,05%), müxbir hesablar 750,8 mln. manat (6,27%), investisiyaların həcmi 903,3 mln. manat (7,54%), nağd vəsaitlər 446,55 mln. manat (3,73%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 501 mln. manat (4,18%), digər aktivlər isə 1 1106 mln. manat (9,23%) təşkil edib.
Avqustun 1-nə olan vəziyyətlə müqayisəli təhlil göstərir ki, aktivlərin artması əsasən müştərilərə verilən kreditlərin və müxbir hesablarda olan vəsaitlərin artması hesabına baş verib. Belə ki, ay ərzində kreditlərin həcmi 115,5 mln. manat, müxbir hesablarda vəsaitlərin həcmi isə 23,1 mln. manat artıb.
Kommersiya banklarının passivlərinin 82,36%-i bankların öhdəliklərin payına düşür. Beləliklə, bankların öhdəliklərinin həcmi 9 866,12 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 4 551 mln. manat həcmində depozitlərdir, 4 717,2 mln. manat həcmində maliyyə sektorundan alınmış kredit və depozitlərdir və 597,9 mln. manat həcmində digər öhdəliklərdir. Bankların məcmu kapitalı 2010-cu ilin sentyabrın 1-nə 2 113,36 mln. manata bərabər olub.