Bank Of Baku

“İnvestisiya fondları haqqında” qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisə tövsiyə olunub

“İnvestisiya fondları haqqında” qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisə tövsiyə olunub
# 29 sentyabr 2010 15:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclası keçirilib.

APA-Economics”in məlumatına görə, iclasda «İnvestisiya fondları haqqında» qanun layihəsi ikinci oxunuş üçün müzakirə olunub.

Komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsində investisiya fondlarının dövlət reyestri, səhmdar investisiya fondlarının təşkili və fəaliyyəti, fondu idarəetmə, səhmlərin emissiyası, səhmdar investisiya fondunun investisiya bəyannamələri, investisiya fondlarının payı, paylı investisiya fondlarının paylarının satışı və geri alınması, xarici investisiya fondları və ya nümayəndəliklərin fəaliyyətinə icazənin verilməsi, icazənin ləğvi və s. bu kimi məsələlər əksini tapıb.

İclasda həmçinin qeyd olunub ki, qanun layihəsi hazırlanarkən bir çox ölkələrin qabaqcıl təcrübəsindən istifadə olunub, xüsusilə də MDB ölkələrinin təcrübəsi öyrənilib.

İclasda çıxış edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı qanun layihəsinin hazırlanması və təkmilləşdirilməsi sahəsində görülən işlərdən danışıb.

Layihə ilə bağlı fikirlərini açıqlayan deputatlar qanun layihəsinin qəbulunu vacib sayıblar. Qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin iclasına çıxarılması tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR