Bank Of Baku

Bu gündən Azərbaycanda «Contact» pulköçürmə sistemi bərpa oluna bilər

Bu gündən Azərbaycanda «Contact» pulköçürmə sistemi bərpa oluna bilər
# 30 sentyabr 2010 07:25 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında AMB-nin Kommunikasiya Departamentinin direktoru Rüfət Abbasov bildirib.

R.Abbasovun sözlərinə görə, AMB ilə sözügedən sistemin rəhbərləri arasında aparılan danışığa əsasən, «Contact» beynəlxalq pulköçürmə sisteminin rəhbərliyi Azərbaycanın işğal altında olan ərazilərində pul köçürmələrinin həyata keçirilməsinin dayandırıldığını bildirib.

R.Abbasov həmçinin qeyd edib ki, bu gün AMB tərəfindən «Contact» beynəlxalq pulköçürmə sisteminin bərpası ilə bağlı ölkədə fəaliyyət göstərən bütün banklara rəsmi məktub da göndəriləcək.

Qeyd edək ki, AMB tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pulköçürmə sistemlərinin monitorinqi zamanı işğal altında olan ərazilərdə Rusiyanın «Contact» sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyənləşib. AMB tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pulköçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilib, əks təqdirdə, Azərbaycanda fəaliyyət göstərən bütün banklara həmin pulköçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilib. «Contact» pulköçürmə sistemi tərəfindən qeyd olunan halların təkrarlanmasını və edilən xəbərdarlıqlara baxmayaraq, Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsini nəzərə alaraq, AMB bu ilin avqustun 2-dən etibarən Azərbaycandakı bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.

Qeyd edək ki, Azərbaycan bankları iyunun 8-də və 11-də müvafiq olaraq «Migom» və «Leader» pulköçürmə sistemləri ilə də eyni səbəblərə görə əməkdaşlığı dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR