Bank Of Baku

Azərbaycanda külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayındıran iş adamının cinayət işi Baş Prokurorluğa göndərilib

Azərbaycanda külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayındıran iş adamının cinayət işi Baş Prokurorluğa göndərilib
# 30 sentyabr 2010 07:44 (UTC +04:00)
Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, «Tikinti Quraşdırma-TŞ», «BT İnşaat», «Boldeks», «Təminat 4», «Fitex», «Optimus 2008» və «Bakı 2009» MMC-nin direktoru Fəxrəddin İsmayılov qeyd olunan təşkilatların mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatları daxil etməklə külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayındırıb.

İstintaq zamanı Fəxrəddin İsmayılov törətdiyi cinayət faktları ilə bağlı başlanmış müxtəlif cinayət işləri bir icraatda birləşdirilib, zəruri araşdırma hərəkətləri yerinə yetirilib, müvafiq ekspertizalar keçirilib və onun cinayət əməlləri təkzibolunmaz sübutlarla təsdiq edilib.

Fəxrəddin İsmayılova Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub. Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Respublika Baş Prokurorluğuna göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR