Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, yanvar-avqust aylarında pul kütləsinin həcmi 10%, avqust ayında isə 2,9% artıb.
Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) 2010-cu ilin yanvar-avqust ayları ərzində 11,7% artaraq 6 892 mln. manata çatıb:
(mln. man.)
| 01.09.09 | 01.01.10 | 01.09.10 |
M0 (nağd pullar) | 3 651,9 | 4 174,8 | 4 850,8 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 4 550,3 | 5 239,8 | 5 803,9 |
M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 5 333,5 | 6 169,2 | 7 046,6 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 7 569,1 | 8 469,2 | 9 315,0 |
Cari ilin sentyabrın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisinin göstəricisi 68,8% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisindən 0,3 faiz bəndi azdır.
Qeyd edək ki, nağd pulların artım tempi M2 aqreqatının artım templərindən bir qədər yüksək olub. Belə ki, son bir ildə nağd pulların həcminin artım tempi 33,7%, manat pul kütləsinin həcminin artım tempi isə 32,1%-ə bərabərdir.