Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı tərəfindən bank sektorunun dəstəklənməsi artıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən bank sektorunun dəstəklənməsi artıb
# 30 sentyabr 2010 09:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı tərəfindən bank sisteminin likvidliyin idarə edilməsi çərçivəsində yenidən maliyyələşdirmə əməliyyatların həcmi 2010-cu ilin sentyabrın 1-nə 1 502,1 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda cari ilin əvvəlindən bu göstərici 14,2%, avqust ayında isə 9% artıb.

Yenidən maliyyələşdirmənin portfelinin artması Azərbaycanda bank sistemində likvidlik probleminin hələ də qalması və bankların Mərkəzi Bankın dəstəyinə ehtiyacı olduğunu bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR