Bank Of Baku

Asiya İnkişaf Bankı: Azərbaycanda bu il inflyasiyanın səviyyəsi 5% təşkil edəcək

Asiya İnkişaf Bankı: Azərbaycanda bu il inflyasiyanın səviyyəsi 5% təşkil edəcək
# 30 sentyabr 2010 10:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda 2010-cu ilin yekunlarına görə inflyasiyanın səviyyəsi 5% təşkil edəcək.

«APA-Economics»in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) dərc etdiyi «Asian Development Outlook 2010 Update» hesabatında bildirilir.

Hesabatda həmçinin Azərbaycanda 2011-ci ildə inflyasiyanın səviyyəsinin 4% olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, AİB əvvəlki proqnozunda 2010-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsinin 5,8%, 2011-ci ildə isə 6% olacağı əks olunub. Ümumiyyətlə, AİB Qafqaz və Mərkəzi Asiya regionunda 2010-cu ildə inflyasiyanı 6,6%, 2011-ci ildə isə 6,4% səviyyəsində olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR