Bank Of Baku

«ASB Bank»ın Facebook filialında 20-dən çox xidmət üzrə ödəniş etmək mümkün olacaq

«ASB Bank»ın Facebook filialında 20-dən çox xidmət üzrə ödəniş etmək mümkün olacaq
# 30 sentyabr 2010 11:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq Facebook sosial şəbəkəsinin üzvləri saytdan ayrılmadan 20-dən artıq ödənişi «ASB Bank»ın Facebook filialında on-line olaraq həyata keçirə biləcəklər.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, xidmət vasitəsilə “Azercell”, “Narmobile”, “Azerfon-Vodafone”, “Bakcell”, “FONEX”, “Catel”, “Aztelekom”, BTRİB, “AzəriQaz”, “Bakıelektrikşəbəkə”, “Adanet”, “Avirtel”, “Bakinternet”, “Hotnet”, “Aztelekom.net”, “Provayder.az”, “Azstar.net”, “Azdatacom”, “Connect TV” və BBTV-nin ödənişlərini etmək mümkündür.
Ödənişin təsdiqi ödəniş əməliyyatı bitdikdən sonra avtomatik olaraq ekranda göstərilir, lazım olduğu halda isə ödəniş qəbzini çap etmə imkanı da var. Bütün ödənişlər on-line - real zaman ərzində işlənilir. On-line xidmətində kommunal ödənişlərin həyata keçirilməsinə görə heç bir komissiya tutulmur.
Xatırladaq ki, bu ilin sentyabr ayından fəaliyyətə başlayan «ASB Bank»ın Facebook filialı bankın virtual nümayəndəliyi qismində çıxış edir və istifadəçilərin ünvanladığı suallar mütəxəssislər tərəfindən tez bir zamanda cavablandırılır. Həmçinin bankın fəaliyyəti, yeni xidmət və məhsulları və kampaniyaları ilə də yaxından tanış olmaq mümkündür.
ASB 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR