Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi isə son bir ildə 1,2 faiz bəndi artaraq 4,8%-ə çatıb.
* Dövrün sonuna
Göründüyü kimi, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi üzrə göstərici hələ iyulun 1-də 5-illik maksimuma çatıb və həmin səviyyədə qalmaqdadır, hətta həmin göstəricisindən 0,2 faiz bəndi artıb.
Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi bank sistemini xarakterizə edən əsas göstəricilərdən biridir ki, onun dünya praktikasında hər hansı norma kimi qəbul edilmiş səviyyəsi olmasa da, həmin göstəricinin 10%-dən çox olması bank sistemi üçün təhlükəli hədd kimi hesab olunur. Vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkisinin artması dolayı yolla iqtisadiyyatda problemlərin yaranmasını göstərir. Çünki banklarda “pis” kreditlərin çoxalması kredit götürənlərin qaytarma qabiliyyətin aşağı düşməsinin nəticəsidir ki, o da öz növbəsində iqtisadiyyatda konyunkturun, alıcılıq qabiliyyətinin və bu kimi amillərin pisləşməsi səbəbindən baş verir.