Bank Of Baku

«Bank of Baku»nun Sumqayıt şöbəsi ləğv olunub

«Bank of Baku»nun Sumqayıt şöbəsi ləğv olunub
# 30 sentyabr 2010 13:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin Müşahidə Şurasının qərarı ilə bankın Sumqayıt şəhəri, Metallurqlar küçəsi, 1 ünvanında yerləşən şöbəsi ləğv olunur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı bankın Azərbaycan Mərkəzi Bankına etdiyi müvafiq müraciətinə müsbət cavab verilib.

Şöbənin ləğv olunması filial şəbəkəsinin effektivliyinin artırılması məqsədilə müştəri kütləsinin «Bank of Baku»nun «Sumqayıt» filialına yönləndirilməsi ilə bağlıdır. Hazırda «Bank of Baku»nun 15 filialı və 1 şöbəsi fəaliyyət göstərir.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR