Bank Of Baku

Azərbaycanda monetarlaşma səviyyəsi aşağıdır

Azərbaycanda monetarlaşma səviyyəsi aşağıdır
# 01 oktyabr 2010 07:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda manat pul kütləsinin ÜDM-ə olan nisbəti kimi hesablanan monetarlaşma səviyyəsi sentyabrın 1-nə 20,4%-ə bərabərdir.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata əsasən, cari ilin əvvəli ilə müqayisədə bu göstərici 2,2% artıb ki, bu da həmin müddət ərzində manat pul kütləsinin artımının nəticəsidir.

Lakin dünya praktikasında, müxtəlif ölkələrdə olan göstəricilərlə müqayisə etdikdə, məlum olur ki, Azərbaycanda monetarlaşma səviyyəsi hələ də aşağıdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrində monetarlaşma səviyyəsi 70-75%, inkişafda olan ölkələrdə isə 40-45%-ə çatır. Göründüyü kimi, Azərbaycan hələ də həmin səviyyəyə çatmayıb.

Monetarlaşma səviyyəsi əsas makroiqtisadi göstəricilərdən biridir və pul kütləsinin iqtisadiyyatın tələbatına uyğun olaraq dolğunluq səviyyəsini əks etdirir. Yuxarıda qeyd olunan səviyyə iqtisadiyyatın inkişafı üçün zəruri olan monetarlaşma səviyyəsidir ki, ondan aşağı olanda iqtisadiyyatda pul kütləsinin çatışmazlığı yaranır. Monetarlaşma səviyyəsinin əhəmiyyəti həmçinin pul kütləsinin məhz ÜDM-ə uyğun olaraq dinamikasının əks etdirilməsindən irəli gəlir. Bu səbəbdən həmin göstəriciyə böyük diqqət yetirilir.

Beləliklə, Azərbaycanda iqtisadiyyatın pul kütləsi ilə dolğunluğu aşağı səviyyədədir. Lakin bu göstəricinin artırılmamasının əsas səbəbi bu proses baş verdikdə, inflyasiyanın artması təhlükəsi yarana bilər. Yəni monetarlaşma səviyyəsinin artırılması və inflyasiyanın artması ehtimalı iki paralel gedən proseslərdir ki, Azərbaycanda makroiqtisadi sabitlik və inflyasiyanın aşağı olması iqtisadi siyasətin prioritetləri olduğundan, pul kütləsinin və monetarlaşma səviyyəsinin artırılması baş vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR