Bank Of Baku

Azərbaycan ticarət və xidmət sahəsinə verilən kreditlərin həcmi kəskin artıb

Azərbaycan ticarət və xidmət sahəsinə verilən kreditlərin həcmi kəskin artıb
# 01 oktyabr 2010 08:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən ticarət və xidmət sahəsinə verilən kreditlərin həcmi 2010-cu ilin sentyabrın 1-nə 2,041 mlrd. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ticarət və xidmət sahələrinə verilən kreditlərin ölkə üzrə ümumi kredit portfelində xüsusi çəkisi 23,2%-ə bərabərdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarət və xidmət sahələrinə verilən kreditlərin həcmi 639 mln. manat və ya 45,6% artıb. Eyni zamanda kredit portfeldə xüsusi çəkisi isə 4,8 faiz bənd və ya 26% artıb.

Həmin sahələrə verilən kreditlərin bu dərəcədə kəskin artması bir sıra amillərlə bağlıdır. İlk növbədə böhrandan sonrakı dövrdə banklar öz kredit əməliyyatlarını mümkün qədər sığortalamağa və təhlükəsiz aparmağa çalışır. Bu üzdən iqtisadiyyatın ən tez qaytarma, ən gəlirli və ən yüksək rentabelliyinə malik olan sahələri daha fəal və iri həcmdə kreditləşdirilir. Bundan başqa, ticarət və xidmət sahələri istehsal sahələri olmadığından, banklar onları nisbətən risksiz hesab edir ki, burada da gözlənilməz itki ehtimalları daha aşağıdır. Digər səbəb kimi ticarət və xidmət sahələrində sahibkarlar tərəfindən istənilən kreditlərin həcmləri nisbətən kiçikdir. Nəticədə banklarda kredit portfeli böyük sayda kredit götürənlər arasında diversifikasiya olunur ki, bu da banklar üçün böyük əhəmiyyət daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR