Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri artıb

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri artıb
# 01 oktyabr 2010 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivlərinin həcmi 2010-cu ilin sentyabrın 1-nə 5 036,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 106,8 mln. manat və ya 28,2% çoxdur.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəlindən xarici aktivlərin həcmi 779,1 mln. manat və ya 18,3% artıb. O cümlədən avqust ayında bu göstərici 128,3 mln. manat və ya 2,6% artıb.

Xalis xarici aktivlərin tərkibində olan məcmu beynəlxalq ehtiyatların həcmi son bir ildə 942,6 mln. manat və ya 22,8%, ilin əvvəlindən 768,7 mln. manat və ya 17,9%, avqust ayında isə 127 mln. manat və ya 2,6% artaraq sentyabrın 1-nə 5 076,3 mln. manat təşkil edib.

Eyni zamanda AMB-nin öhdəliklərinin həcmi son bir ildə 163,5 mln. manat və ya 5,1 dəfə, ilin əvvəlindən 10,4 mln. manat və ya 20,7%, avqust ayında 1,3 mln. manat və ya 3,2% azalaraq sentyabrın 1-nə 39,9 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR