Bank Of Baku

Azərbaycanda daha iki kredit ittifaqına lisenziya verilib

Azərbaycanda daha iki kredit ittifaqına lisenziya verilib
# 01 oktyabr 2010 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən daha iki kredit ittifaqına - «Aqrar maliyyə kredit» və «Real» kredit ittifaqına lisenziya verilib.

Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, həmin kredit ittifaqları AKİA-ya üzvlüklə bağlı müraciət edib və yaxın bir ay ərzində «Aqrar maliyyə kredit» və «Real» kredit ittifaqının quruma üzvlüyü təsdiqlənəcək. Bununla da AKİA-ya üzv olan kredit ittifaqlarının sayı 66-ya çatacaq.

E.Bağırov bildirib ki, yaxın vaxtlarda AMB tərəfindən daha 3 kredit ittifaqına lisenziyanın verilməsi gözlənilir.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 64-ü qurumun üzvüdür. Assosiasiyanın üzv olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR