Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının rəhbəri «Citigroup»un nümayəndə heyətini qəbul edib

Azərbaycan Mərkəzi Bankının rəhbəri «Citigroup»un nümayəndə heyətini qəbul edib
# 01 oktyabr 2010 14:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov dünyanın tanınmış maliyyə təsisatlarından olan «Citigroup»un icraçı direktoru Bo Hammerikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə nümayəndə heyətinin rəhbəri Bo Hammerik təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirib və «Citigroup»un AMB ilə birgə əməkdaşlıq imkanlarının perspektivini qeyd edib.

Görüş zamanı Azərbaycan iqtisadiyyatı, xüsusilə maliyyə sektorunun inkişafı, ölkənin dövlət və özəl sektorlar üzrə gələcək investisiya planları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR