Bank Of Baku

Sentyabrda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 48% azalıb

Sentyabrda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 48% azalıb
# 01 oktyabr 2010 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sentyabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 40 ticarət sessiyasında 22 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə bu əməliyyatlarda 6 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 25,243 mln. manat və ya dollar ekvivalentində 31,424 mln. təşkil edib. Bu isə avqust ayı ilə müqayisədə 23,181 mln. manat və ya 47,9% azdır.

Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 1,571 mln. dollara çatıb, hər əqdin orta həcmi 1,428 mln. dollar təşkil edib.

Eyni zamanda sentyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (79,40%), «Unibank» (13,52%), «AGBank» (2,00%), «Evrobank» (1,82%) və «Paşa Bank» (1,82%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR