Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi sentyabrda 0,06% düşüb

Azərbaycanda dolların birja məzənnəsi sentyabrda 0,06% düşüb
# 01 oktyabr 2010 14:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsi 2010-cu ilin sentyabr ayı ərzində 0,06% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dolların məzənnəsi 0,8037 AZN-dən 0,8032 AZN-dək düşüb. Nəticədə milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi sentyabr ayında 0,8033 AZN-ə bərabər olub. Müqayisə üçün qeyd edək ki, avqust ayında bu göstərici 0,8036 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin sentyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 40 ticarət sessiyasında 6 bankın iştirakı ilə 25,243 mln. manat və ya 31,424 mln. dollar həcmində 22 alqı-satqı əqdi qeydə alınıb. Bu isə avqust ayı ilə müqayisədə 47,9% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR