Bank Of Baku

«Parabank»ın filialları şənbə günü də işləyəcək

«Parabank»ın filialları şənbə günü də işləyəcək
# 04 oktyabr 2010 09:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin filialları müştərilərə şənbə günləri də xidmət göstərəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hər şənbə günü saat 10:00-dan 16:00-dək bankın Mərkəzi Aparatı və müvafiq filialları («Azadlıq», «Mərkəz», «Çəmbərəkənd», «Nəsimi», «Quba», «Beyləqan», «Ağcabədi», «Şəmkir», «Kəpəz», «Gəncə», «Şirvan») xidmət göstərəcək.

Bu filiallar vasitəsi ilə müştərilər əmanətlərin qəbulu, kredit borcları üzrə ödənişlərin qəbulu, təcili pul köçürmələri və valyuta mübadiləsi əməliyyatları apara bilərlər.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 102,942 mln. manat, kredit portfeli 69,093 mln. manat, depozit portfeli 59,651 mln. manat, məcmu kapitalı 13,420 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,570 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 15 filialı, 17 bankomatı və 125 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR