Bank Of Baku

«Standard Insurance» nizamnamə kapitalını artırıb

«Standard Insurance» nizamnamə kapitalını artırıb
# 04 oktyabr 2010 09:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Standard Insurance» sığorta şirkəti nizamnamə kapitalını 37,5% artıraraq 11 mln. manata çatdırıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalının artımı planlaşdırılmış şəkildə şirkətin mənfəəti hesabına həyata keçirilib. Bununla da, «Standard Insurance» şirkəti ölkənin sığorta şirkətləri arasında ən yüksək nizamnamə kapitalına malik şirkətlərin üçlüyünə daxil olub.

Xatırladaq ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Insurance» şirkətinin 2 regional nümayəndəliyi mövcuddur. Bundan başqa, şirkətin Tiflisdə (Gürcüstan) «Standard İnsurance Georgia» adlı törəmə müəssisəsi fəaliyyət göstərir. Hazırda şirkət 5 icbari və 24 növ könüllü sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR