Bank Of Baku

Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsi oktyabrın 15-dək parlamentin komitələrində müzakirə olunacaq

Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsi oktyabrın 15-dək parlamentin komitələrində müzakirə olunacaq
# 04 oktyabr 2010 11:07 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, deputat Nazim Məmmədov məlumat verib.

N.Məmmədovun sözlərinə görə, artıq büdcə layihəsinin sürəti bu gün millət vəkillərinə paylanıb. Növbəti ilin dövlət büdcəsinin əsas göstəriciləri barədə məlumat verən millət vəkili bildirib ki, büdcənin gəlirləri 12 061 mln. manat (artım 4,8%), xərcləri isə 12 748 mln. manat (3,5% artım) həcmində proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsinin kəsiri 687 mln. manat olacaq. «Bu kəsirin qiymətli kağızlar bazarından, ali məktəblərin ödənişlərindən daxilolmalar, ehtiyat fondları və digər mənbələr hesabına örtülməsi planlaşdırılır», - deyə N.Məmmədov bildirib.

Növbəti il üçün icmal büdcənin isə gəlirləri 15 557,6 mln. manat, xərcləri 15 129, 4 mln. manat proqnozlaşdırılır. Büdcədə neftin 1 barelinin baza qiyməti 60 ABŞ dolları, ÜDM-in real artım tempi 3,8%, inflyasiya isə 5% səviyyəsində nəzərdə tutulub.

Gələn ilin dövlət büdcəsində əsas yeri sosialyönümlü xərclər tutur. Belə ki, büdcədə təhsil xərcləri üçün 1 338 163 min manat, səhiyyə xərcləri üçün 545 372 min manat, sosial müdafiə və təminat xərcləri 1 324 085 min manat, mədəniyyət, incəsənət, bədən tərbiyyəsi 202 350 min manat, müdafiə xərcləri 1 325 061 min manat, mənzil-kommunal təsərrüfat xərcləri 227 683 min manat nəzərdə tutulur.

Qeyd edək ki, 2010-cu ilin ikinci yarısında dövlət büdcəsinə edilmiş əlavə və dəyişikliklər daxil olmaqla Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 11 505 mln. manat, xərcləri isə 12 275,3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR