Bank Of Baku

«Nikoil Leasing» şirkəti yeni ofisə köçüb

«Nikoil Leasing» şirkəti yeni ofisə köçüb
# 04 oktyabr 2010 11:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkəti yeni baş ofisə köçüb. Bunu «APA-Economics»ə şirkətin baş direktorunun müavini Musa Turabov bildirib.

M.Turabovun sözlərinə görə, şirkət tərəfindən icarəyə götürülən ofis Bakı şəhərinin Səid Rüstəmov küçəsi,3/6 ünvanında yerləşir.

Qeyd edək ki, şirkət əvvəllər C.Cabbarlı küçəsi,44 ünvanında fəaliyyət göstərib.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət lizinq maliyyələşdirməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR