Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəlikləri avqustda azalıb

Azərbaycanda bankların xarici öhdəlikləri avqustda azalıb
# 04 oktyabr 2010 12:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 397,1 mln. manat və ya 22% artaraq 2010-cu il sentyabr ayının 1-nə 2 209,7 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici cari ilin əvvəlindən 277,4 mln. manat və ya 14,4% artıb. Lakin avqust ayında bankların xarici öhdəlikləri 56,8 mln. manat və ya 2,5% azalıb:




Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2010-cu il sentyabrın 1-nə 1 286,2 mln. manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,2 mln. manat və ya 1,6% çoxdur. Bu göstərici yanvar-avqust aylarında 12,5 mln. manat və ya 1% artsa da, avqust ayında 12,2 mln. manat və ya 0,9% azalıb.

Nəticədə, Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri məcmu xarici aktivlərini 923,5 mln. manat və 71,8% üstələyib. Müqayisə üçün bildirək ki, 2008-ci ilin yekunları üzrə bu nisbət 868,8 mln. manat və ya 73,7%, 2009-cu ilin yekunlarına görə isə 658,6 mln. manat və ya 51,7% təşkil edib. Beləliklə, xarici öhdəliklərlə xarici aktivlər arasında fərq, yəni bankların xarici əməliyyatları üzrə saldo tədricən artır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR