Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi son bir ildə 2,2 dəfə azalıb

Bakı Fond Birjasının dövriyyəsi son bir ildə 2,2 dəfə azalıb
# 04 oktyabr 2010 12:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 1 341 177 557,09 manat təşkil edib. Bu da 2009-cu ilin eyni dövrünün analoji göstəricisindən 2,2 dəfə azdır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 23,8% artıb. Korporativ istiqrazların ilkin bazarında 82 əqd üzrə 69 620 806,59 manatlıq yerləşdirmə qeyda alınıb, istiqrazların təkrar bazarında isə 125 720 233,52 manatlıq əqdlər bağlanılıb ki, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə istiqrazların ilkin bazarı 95,5%, təkrar bazarı isə 2,9 dəfə artıb. Ümumiyyətlə isə, korporativ istiqrazlar bazarı hesabat dövründə 2,5 dəfə artıb.

Səhm bazarına gəldikdə isə, hesabat dövründə bu növ kağız üzrə qeydə alınan əqdlərin həcmi 119 328 398,71 manat təşkil edib və 2009-cu ilin yanvar-sentyabr aylarına nisbətən 32% artıb. Səhmlərin ilkin bazarı 18,1%, təkrar bazarı isə 7 dəfə artıb.

Korporativ qiymətli kağızlar bazarı


Bazarın seqmentləri

Yanvar-sentyabr, 2010

Yanvar-sentyabr, 2009

Nisbət

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar
(yerləşdirmə)

69 620 806,59

82

35 606 344,08

39

95,5%

Korporativ istiqrazlar (təkrar bazar)

125 720 233,52

82

43 841 185,09

32

+2,9 dəfə

KI bazarı cəmi

195 341 040,11

164

79 447 529,17

71

+2,5 dəfə

Səhmlər
(yerləşdirmə)

114 276 934,96

949

139 720 247,40

1 271

18,1%

Səhmlər
(təkrar bazar)

5 051 463,75

1,534

35 108 337,62

2 274

+7 dəfə

Səhm bazarı cəmi

119 328 398,71

2,483

174 828 585,02

3 545

32%

KQK bazarı cəmi

314 669 438,82

2,647

254 276 114,19

3 616

23,8%



Bundan başqa, cari ilin yanvar-sentyabr aylarında birjada dövlət istiqrazları (Dİ) bazarında da azalma müşahidə olunub. Belə ki, hesabat dövründə dövlət istqrazları bazarının həcmi 50%, o cümlədən istiqrazların ilkin bazarının həcmi 2,1 dəfə, təkrar bazarın həcmi isə 41,2% azalıb. Ümumiyyətlə, yanvar-sentyabr aylarında dövlət qiymətli kağızları (DQK) bazarının həcmi ötən ilin analoji dövrü ilə müqyaisədə 2,6 dəfə azalıb.

Dövlət qiymətli kağızları bazarı
(yanvar-sentyabr, 2010)



Bazarın seqmentləri

Yanvar-sentyabr, 2010

Yanvar-sentyabr, 2009

Nisbət

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (AMN)  (yerləşdirmə)

173 414 126,08

77

370 903 190,21

210

-2,1 dəfə

Dİ (AMN)
(təkrar bazar)

82 332 007,92

43

140 123 016,06

76

-41,2%

Dİ bazarı cəmi

255 746 134,00

120

511 026 206,27

286

-50%

Notlar (AMB) (yerləşdirmə)

159 449 447,81

131

264 738 921,15

169

-40%

Notlar (AMB)
(təkrar bazar)

5 564 936,87

2

67 504 812,02

39

-12,1 dəfə

Not bazarı cəmi

165 014 384,68

133

332 243 733,17

208

-50,3%

Repo əməliyyatları

605 747 599,59

592

1 811 711 060,65

600

-3 dəfə

DQK bazarı cəmi

1 026 508 118,27

845

2 654 981 000,09

1 094

-2,6 dəfə


Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR