Bank Of Baku

«Bank Standard» daha iki beynəlxalq pulköçürmə sisteminə qoşulub

«Bank Standard» daha iki beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 04 oktyabr 2010 12:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC daha iki təcili pulköçürmə sisteminə - «Blizko» və «Coinstar» sistemlərinə qoşulub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, MDB və Baltikyanı ölkələrini əhatə edən «Blizko» sistemi üzrə pul köçürmələri ABŞ dolları, avro və Rusiya rublunda həyata keçirilir. «Coinstar»a gəlincə, bu sistemlə təcili pul köçürmələrini ABŞ dolları və avro ilə 139 ölkəyə həyata keçirmək mümkündür. Hər iki sistem əməliyyatların sürətli aparılması, geniş əhatə dairəsi, köçürmələrin təhlükəsizliyi, habelə əlverişli komisyon haqqı kimi üstünlüklərə malikdir.

Qeyd edək ki, «Blizko» və «Coinstar» sistemləri ilə yanaşı bankda «Western Union», «Bıstraya Poçta», «Xpress Money», «Faster», «Zolotaya Korona», «Caspian Money Transfer» və «Privat Money» pulköçürmə sistemləri üzrə də xidmətlər göstərilir.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» QSC 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR