Bank Of Baku

«Ansar Leasing» şirkətinin portfeli 5,5 mln. dollara çatıb

«Ansar Leasing» şirkətinin portfeli 5,5 mln. dollara çatıb
# 04 oktyabr 2010 13:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda İslam İnkişaf Korporasiyasının (ICD) təsisçiliyi ilə yaradılan «Ansar Leasing» şirkətinin portfelinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 5,5 mln. ABŞ dolları təşkil edib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş meneceri Ceyhun Nağıyev bildirib.

C.Nağıyevin sözlərinə görə, şirkət lizinq obyektlərinin maliyyələşdirilməsi əməliyyatlarına ötən ilin oktyabr ayında başlayıb və indiyədək dəyəri 7,5 mln. dollarlıq 110 lizinq müqaviləsi imzalayıb.

C.Nağıyev bildirib ki, indiyədək maliyyələşən bütün layihələr şəriət prinsiplərinə uyğun həyata keçirilib. Şirkətin lizinq portfelində 30% ictimai nəqliyyat (kommersiya avtomobilləri), 30% xüsusi təyinatlı tikinti avadanlıqları, 17% minik avtomobilləri, 15% daşınmaz əmlak, 3,6% kənd təsərrüfatı və 4,4% digər sektorların payına düşür.

Qeyd edək ki, ICD tərəfindən yaradılmış «Ansar Leasing» şirkəti dövlət qeydiyyatına 2008-ci ilin dekabr ayının 12-də alınıb və şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edir. Şirkət əsasən maliyyə lizinqi xidmətləri göstərir və şəriət qaydaları əsasında fəaliyyət göstərir. Maliyyələşdirmə şərtlərinə əsasən, lizinqin alınması üçün ilkin ödəniş 20% olmalıdır, maliyyələşdirmə müddəti isə 12-72 ay təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR